Gürcüstanda 1 731 yeni yoluxma, 39 nəfər ölüb

20 Dekabr 2020 12:06

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 731 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  208 638, ölənlərin sayı isə 2 094 nəfərə çatıb.

Virusa yoluxanlardan 180 441 nəfərin sağaldığı bildirilir.

Milli.Az