Dünya

Bu ölkədə COVID-19-a qarşı peyvəndləməyə fevralda başlamağı planlaşdırır

20 Dekabr 2020 08:49
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi yerli administrasiyalara COVID-19-a qarşı peyvəndləmə proqramının hazırlanması və tibb işçilərinin fevralda peyvəndləri almağa başlaması barədə qərar göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, nazirliyin nümayəndələri peyvəndləmə haqda plan layihəsini bütün ölkə üzrə prefekturaların administrasiyalarına və bələdiyyələrə dekabrın 18-də təqdim edib.

Layihədə qeyd edilir ki, təqribən 10 min səhiyyə mütəxəssisinin peyvəndlənməsinə başlamaq üçün sistemin yaradılması təqribən fevralın sonlarında başa çatdırılmalıdır. Sayı təqribən 3 milyona çatan digər səhiyyə işçilərinin peyvəndlənməsinə isə martın ortalarında başlamaq nəzərdə tutulur.

Nazirlik, həmçinin ölkə üzrə yaşlı insanların peyvəndlənməsinə martın ortalarında başlamağı planlaşdırır.

Ölkənin qalan vətəndaşlarının peyvəndlənməsi üçün imkanın apreldə və ya daha gec yaradılacağı gözlənilir. Bu zaman bir sıra xəstəlikləri olan şəxslərə üstünlük veriləcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.