Bakıda kanalizasiya xəttində qəza olub.
Milli.Az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsində (Həzi Aslanov metrosunun qarşısı) qeydə alınıb.
Belə ki, kanalizasiya xəttində qəza olub, ərazini çirkab suyu basıb və üfunət bürüyüb.
Qeyd edək ki, sözügedən problem Binəqədi qəsəbəsi, II mədən küçəsində tez-tez baş verir.
Milli.Az





