Dietoloq stressi azaldan 5 təbii içkini açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Stress və gərginlik həm bədənə, həm də beyinə mənfi təsir göstərir. Lakin bəzi təbii içkilər bu halı yüngülləşdirməyə və orqanizmin sakitləşməsinə kömək edə bilər. Mütəxəssislər qeyd edir ki, bu içkilər sağlamlıq üçün təhlükəsizdir və gündəlik həyat ritminə rahatlıq və balans gətirir.
Milli.Az xəbər verir ki, "Real Simple" nəşri qeydiyyatlı diyetoloq Karolina Şnayderin stressi azaltmağa və zehnin sakitliyini qorumağa kömək edən beş əsas içkini açıqladığını yazıb.
Mütəxəssisin sözlərinə görə, maqnezium və aşvaqanda (yuxu gətirən vitaniya) əsaslı içkilər xüsusilə effektivdir.
"Aşağı maqnezium səviyyəsi artan stresslə əlaqəlidir. Maqnezium GABA reseptorlarını aktivləşdirərək sakitləşməyə kömək edir", - deyə Şnayder bildirib.
Aşvaqanda isə bədəndə kortizol hormonunun səviyyəsini azaldaraq sinir sisteminin tarazlığını təmin edir.
Ekspertin tövsiyə etdiyi 5 sakitləşdirici içki:
Çobanyastığı çayı - kofeinsiz sakitləşdirici təsiri ilə tanınır. "Apigenin" adlı antioksidant sayəsində beyin reseptorlarına təsir edərək rahatlıq yaradır.
Yaşıl çay - az miqdarda kofein tərkibli olsa da, tərkibindəki L-teanin sayəsində həm sakitlik, həm də diqqət mərkəzləşməsi təmin edir.
Qaynar şokolad - kakao tərkibli bu içki triptofan sayəsində serotonin və melatonin istehsalını artırır, əhvalı və yuxu keyfiyyətini yaxşılaşdırır.
Turş albalı şirəsi - melatonin, triptofan və prosiandidin B-2 ilə zəngin olub, oksidləşmə stresini azaldır və əzələlərin bərpasını dəstəkləyir.
İlıq süd - triptofan, B vitaminləri, melatonin və maqnezium sayəsində sakitləşdirici təsir göstərir, rahat yuxuya kömək edir.
Bu içkilər dərmansız şəkildə stresslə mübarizə aparmaq və təbii rahatlıq əldə etmək üçün ən sağlam yollardan sayılır.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Antonio Banderas infarktdan sonra hər şeyi dəyişdi: "Sanki gözümə eynək taxdılar"
-
Yayda bu içki ürək tutmasını dərhal tətikləyir
-
Telefonunu belə şarj edənlərin nəzərinə
-
Qəssablar müştərilərin almaqdan çəkindiyi tək ət növünü açıqladılar
-
Dəməşqdə partlayış olub - ölənlər və yaralılar var
-
Prokurorluğa şikayət etdiyi 17 yaşlı qızının sevgilisi ilə fotoları yayıldı
-
Qurban Qurbanovdan məğlubiyyət şərhi
-
"Real Madrid"in transfer planı alınmadı: Rodri "Barselona"ya üz tutdu
-
Günün qoroskopu: Ani qərarlarla edilən xərclərdən qaçmalısınız
-
“Beşiktaş” səfərdə qələbə qazanıb
-
Sonaxanım Əliyeva dərmanlarla arıqladığını açıqladı
-
Gecələr açarı qapının üstündə qoyanların nəzərinə
-
"Qarabağ" səfərdə "Dinamo"ya minimal fərqlə uduzub - Yenilənib
-
Demet Akalının makiyajsız halı (Video)
-
Tələbələrin Bakıya gəlişi ilə bağlı bəzi ərazilərdə kirayə qiymətləri artacaq
-
İmişlidə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb
-
Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş
-
Əmək pensiyaları ilə bağlı Vüqar Bayramovdan açıqlama
-
Sabah Sabunçuda qaz olmayacaq
-
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb (Foto)
-
"Real Madrid"də Vinisiusun taleyinə aydınlıq gəldi
-
Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar açıqlandı
-
Zelenski Ceyhun Bayramovu qəbul edib (Foto/Video)
-
Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb (Foto)





