Dünya

Gürcüstan hökuməti benzinin keyfiyyəti ilə bağlı yeni standartlar tətbiq edəcək

20 Dekabr 2020 02:30
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan hökuməti avtomobil yanacağı ilə bağlı yeni standartlar tətbiq edəcək. Benzinin keyfiyyət normalarının Avropa standartlarına daha da yaxınlaşdırılması ilə bağlı hökumətin müvafiq qərarına düzəlişlər edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qərara benzinin keyfiyyət standartlarına avtomobil nəqliyyatı vasitələrində yanma prosesini yaxşılaşdıracaq yeni parametrlər əlavə olunub.

Bunun nəticəsində atmosferə azot dioksidi və karbon qazının buraxılması azalacaq.

Yeni parametrlərin əlavə olunması benzinin qiymətinə təsir etməyəcək.

Qurumdan bildirilib ki, Gürcüstanda benzinin keyfiyyəti 2017-ci ildən tədricən yaxşılaşdırılıb və hazırda ekoloji parametrlərinə görə "Avro 5" standartına uyğundur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.