Dünya

Böyük Britaniyada bir həftə ərzində 130 mindən çox insana peyvənd vurulub

18 Dekabr 2020 02:30
Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada bir həftə ərzində 130 mindən çox insana peyvənd vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, peyvəndin tətbiq olunmasına məsul şəxs Nadim Zahavi öz "Tvitter" hesabında dekabrın 8-dən 15-nə kimi 137 min 897 nəfərə Pfizer / BioNTech peyvəndinin vurulduğunu qeyd edib. O, bunun yaxşı başlanğıc olduğunu söyləyib.

Bu həftə daha 10 xəstəxana bu proqrama qoşulacaq.

Qeyd edək ki, dekabrın 8-dən etibarən Böyük Britaniyada Pfizer / BioNTech şirkətlərinin hazırladığı koronavirus peyvəndi 70-dən çox xəstəxanada tətbiq olunmağa başlayıb. Şimali İrlandiyanın Enniskilen şəhərində yaşayan 90 yaşlı Margaret Kinan adlı qadın, peyvəndin tətbiq olunduğu ilk insan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.