Dünya

Avstriya polisi Almaniyada ekstremist qruplar üçün nəzərdə tutulmuş silahlar ələ keçirib

13 Dekabr 2020 16:52
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriya polisi, Almaniyada ekstremist qruplar üçün nəzərdə tutulmuş çox sayda avtomat silah, partlayıcı maddə və əl qumbarası ələ keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Karl Nehammer mətbuat konfransında bildirib.

"Avstriyadakı sağçı ekstremist qrupa, mütəşəkkil cinayətkarlığa və onların əlaqələrinə ağır zərbə vurduq", - nazir belə deyib.

Onun sözlərinə görə, bir sıra evlərdə axtarışlar aparılıb və beş nəfər həbs olunub. Nehammer bildirib ki, zərərsizləşdirilən qrup hücum məqsədilə silah toplayırmış.

Cinayət şəbəkəsi Almaniyada fəaliyyət göstərib, istintaqa Bavariya və Vestfaliyadan olan istintaqçılar da cəlb olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.