Dünya

Ermənistanda ümumi səfərbərlik ləğv edildi

10 Dekabr 2020 18:50
Baxış: 1 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda ümumi səfərbərlik qismən səfərbərliklə əvəz olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı Ermənistan hökuməti bu gün keçirilən iclasda qərar qəbul edib.

Qərar 25 dekabradək mərhələli şəkildə silahlı qüvvələrdə və digər müvafiq dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların qismən tərxis edilməsini və hərbi nəqliyyat öhdəliyinə əsasən qurumlardan götürülən nəqliyyat vasitələrinin geri qaytarılmasını nəzərdə tutur.

Xatırladaq ki, Ermənistanda sentyabrın 27-də ümumi səfərbərlik elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.