Dünya

Rusiya səfiri İsrail XİN-ə çağırıldı

10 Dekabr 2020 10:50
Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Təl-Əvivdəki səfiri Anatoliy Viktorov İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb. Qeyd olunub ki, səfirin XİN-ə çağırılmasına səbəb bir neçə gün əvvəl verdiyi müsahibə olub.

Viktorov müsahibəsində "İranın manevrləri deyil, İsrailin ərəb ölkələri və ya Fələstinlə qarşıdurmada Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini yerinə yetirməməsi Yaxın Şərq üçün ən böyük problemdir", - deyə bildirib.

İsrail hökuməti tərəfindən narahatlıqla qarşılanan açıqlama səfirin nazirliyə çağırılması ilə nəticələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.