Dünya

“Paşinyan ya özü gedəcək, ya da...” - Manukyan

10 Dekabr 2020 09:55
Baxış: 1 728
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nikol Paşinyanın gedişi qaçılmazdır. Məsələ ondan ibarətdir ki, o, getməzdən əvvəl dövlətə və xalqa nə qədər ziyan vura biləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri bir neçə telekanala müsahibəsində Ermənistan Baş naziri postuna namizəd Vazgen Manukyan deyib.

Manukyanın sözlərinə görə, onun hökuməti şəffaf seçkiləri təmin edəcək, xalq kimi və necə seçəcəyini özü qərar verəcək:

"Müvəqqəti hökumət bir il ərzində işləyəcək, çünki növbədənkənar seçkinin keçirilməsi sadəcə absurddur. Ölkədə təcili məsələlərin, psixoloji təzyiqlərin olduğu bir şəraitdə buna partiyaların mübarizəsi əlavə olunacaq ki, bu da Ermənistanı məhv edə bilər".

Manukyan hesab edir ki, yaxın 2-3 ildə regionu kəskin dəyişikliklər gözləyir. İctimaiyyət ölkənin gələcəyi ilə bağlı müzakirələrə başlamalıdır.

"Biz Paşinyandan aşağıdakı hallarda xilas ola bilərik: ya o özü gedəcək, mən bunu kiçik ehtimal hesab edirəm, amma istisna etmirəm. İkincisi, ictimaiyyət onun istefasının zəruriliyi ətrafında o qədər sıx birləşib ki, o, bunu özü dərk etmir, amma onun partiya üzvləri bunu başa düşür və onu impiçment vasitəsilə kənarlaşdıra bilərlər", - deyə Manukyan əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.