Dünya

ABŞ-da “AstraZeneca” peyvəndi 2021-ci ilin ortalarına qədər hazır olmayacaq

10 Dekabr 2020 08:43
Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"AstraZeneca şirkətilə Oksford Universitetinin birlikdə hazırladığı koronavirusa qarşı peyvəndin klinik sınaqları tamamlanmayıb. Bu səbəbdən ABŞ-da pevəndləmə 2021-ci ilin ortalarına qədər uzanacaq".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Oksfordun Jenner İnstitutunun direktoru Adrian Hill yerli NBC televiziyasına açıqlamasında bildirib.

Hill peyvəndin effektivlik dərəcəsi, eləcə də xəstəliyə qarşı təsirinin səviyyəsi barədə fikir söyləməyin hələ tez olduğunu deyib.

Qeyd edək ki, ABŞ Administrasiyası sözügedən peyvəndin hazırlanması üçün "AstraZeneca" şirkətinə 1,2 milyard dollar ayırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.