Dünya

İsveçdə peyvəndlənmə tarixi açıqlandı

9 Dekabr 2020 13:09
Baxış: 615
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daha bir Avropa ölkəsi koronavirusa qarşı hazırlanan peyvənddən istifadəyə hazırlaşır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İsveç hökuməti vaksinlərin tətbiqinə hazır olduğunu açıqlayıb. Ölkənin səhiyyə naziri Lena Hallenqren peyvəndlərin ölkəyə çatdığı an tətbiqin reallaşacağını bildirib.

O, koronavirusa qarşı hazırlıqların davam etdiyini, vaksinlərin saxlanılması üçün addımların atıldığını bildirib.

İsveç hökuməti "COVID-19" vaksini üçün 6 fərqli müqavilə imzalayıb, firmalardan yollanan peyvəndlər vətəndaşlara 11 yanvardan etibarən vurulacaq.

Qeyd edək ki, bu günə qədər İsveçdə 297 min 732 nəfər koronavirusa yoluxub, 7200 nəfər vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.