Dünya

Almaniyada hər 4 dəqiqədə 1 nəfər koronavirusdan ölür

7 Dekabr 2020 11:05
Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada koronavirus sürətlə yayılmağa davam edir. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Bavariya ştatında 9 dekabr tarixindən fövqəladə vəziyyət elan olunacaq.

Bavariyanın rəsmisi Markus Söder açıqlamasında bildirib ki, epidemiyaya qarşı tətbiq edilən tədbirlər yetərli deyil və yeni qaydalar tətbiq olunacaq. 

Söder Almaniyada "COVID-19" səbəbilə hər 4 dəqiqədə 1 vətəndaşın öldüyünü, Səhiyyə Nazirliyinin var gücüylə çalışdığını bildirib. O, ştatdakı tədbirlərin sərtləşdirilməsinə dair Dövlət Nazirlər Şurasında verilən qərarların çərşənbə axşamı Bavariya Dövlət Məclisinə təqdim ediləcəyini açıqlayıb. 

Söder insanların yalnız sağlamlıq, ailə yaxınlarını ziyarət, iş, alış-veriş və məktəbə getmək kimi vacib səbəblərdən çölə çıxa biləcəyini qeyd edib. 

Həmçinin, ümumi ərazidə alkoqol qadağasının tətbiq ediləcəyini və saat 21:00 ilə 05:00 arasında komendant saatı tətbiq ediləcəyi vurğulanıb. 

Ən çox iki ailənin toplanması və toplanan insan sayının 5-dən çox olmayacağını deyən Söder qaydaların 5 yanvaradək qüvvədə olacağını söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.