Dünya

Britaniyalı həkim koronavirusdan qoruya bilən qida məhsullarının adlarını açıqladı

5 Dekabr 2020 17:45
Baxış: 1 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı həkim Gida Meyker koronavirusdan qoruya bilən qida məhsullarının adlarını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mikroelementlərin müəyyən dəsti ilə birgə fəaliyyət göstərən qida məhsulları orqanizmi koronavirusa qarşı zəruri maddələrlə təmin edə bilər:

"İmmun sistemi: A, C, D, E, B6 və B 12, folatlar, sink, dəmir, mis və selen vitamin və minerallar kompleksini tələb edir".

O, C vitamini ilə zəngin olan brokoli, şirin bibər, brüssel kələmi və sitrus meyvələrindən istifadə etməyi məsləhət görüb. Bundan başqa, həkim bildirir ki, yaşıl yarpaqlı tərəvəzlər, yerkökü, balqabaq və şirin kartof orqanizmi A vitamini ilə, qoz-fındıq, ispanaq, təmizlənməmiş günəbaxan yağı isə E vitamini ilə təmin edir.

Milli.Az
  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.