Cənubi Koreyada qəbul imtahanında abituriyentlər arasında plastik baryerlər quraşdırılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dekabrın 3-də Cənubi Koreyada ali məktəblərə təxirə salınmış qəbul imtahanı keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 9 saat davam edən imtahanda 430 minə yaxın abituriyent iştirak edib. Qəbul imtahanında iştirak edənlərin sayı 1994-cü ildən bəri ən aşağı rəqəm olsa da, pandemiya ilə əlaqədar sosial məsafənin qorunmasını mümkün etmək üçün bu dəfə imtahan keçirilən binaların sayı ötən ildəkindən 50 faiz çox olub. Bütün abituriyentlərin maska taxması məcburi olub. COVID-19 virusuna yoluxma şübhəsi olanlar xüsusi otaqda burun-boğaz yaxma testindən keçib. Diqqət çəkən məqam isə abituriyentlər arasında quraşdırılmış plastik baryerlər olub. Səlahiyyətli qurumlar bununla mümkün yoluxma hallarını minimuma endirməyi düşünüblər. Fasilələrdə abituriyentlərin toplaşmamasına ciddi nəzarət olunub. Abituriyentlər yeməkləri özləri ilə gətiriblər.
İmtahan gününədək COVID-19 virusuna yoluxmuş və ya pasiyentlərə yaxın təmasda olduqları üçün özünütəcrid şəraitindəki abituriyentlər xəstəxanalarda və ya karantin yerlərində imtahan verməli olublar.
Cənubi Koreyada ali məktəblərə qəbul imtahanında abituriyentlərin 5 fənn üzrə - Koreya dili, riyaziyyat, Koreya tarixi, sosial və təbii elmlər, ingilis dili və ikinci xarici dildən bilikləri yoxlanılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə azyaşlı xəstəxanada öldü
-
Bakıda yaşayış kompleksində yanğın - Maşınlar da ziyan görüb
-
DÇ-2026: ABŞ və Belçika 1/8 finalda
-
"Ər çörəyi yeyəndə kökələcəyəm" - Səmra Hüseynova
-
Kinoalı tabule resepti
-
Ən çox kolleksiya yaratmağa meyilli 4 bürc: Yığmağı sevənlər
-
Ajda Pekkanın 72 yaşlı bacısının hovuz görüntüsü gündəm oldu - (Video)
-
120 il yaşamaq üçün nə edək?
-
Niyə bəzi insanları ağcaqanadlar daha çox dişləyir? - Mütəxəssis səbəbləri açıqlayıb
-
Keçmiş sevgilisi türk modeli məhkəməyə verdi: 3 qəpiklik təzminat...
-
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
-
Xalq artistinin arxiv müsahibəsi yenidən gündəm oldu: Kövrək anlar - (Video)
-
Güclü və parlaq saçların sirri: İtalyan üsulu saç yuma
-
Zelenski təcili Kiyevə qayıdır
-
Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO
-
Dəniz suyunu günəş işığı ilə içməli suya çevirdilər
-
Bakıda “Prius”la toqquşan BYD aşdı - (Video)
-
Albalı mürəbbəsini qatılaşdırmağın 4 yolu
-
Günün qoroskopu: Daxili gücünüzə və intuisiyanıza güvənin
-
Bakıda ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib (Foto)
-
Rusiya PUA-larla Kiyevə hücum edib
-
İlham Əliyevin sosial şəbəkə hesablarında Avropa Komissiyasının Prezidenti ilə görüşdən görüntülər paylaşılıb (Video)
-
Bakı–Quba yolunda ağır qəza - ölən və yaralananlar var
-
Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ötüb





