Dünya

Türkiyə ordusu hərəkətə keçdi - Terrorçular məhv edildi

29 Noyabr 2020 11:27
Baxış: 1 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin xüsusi təyinatlı qüvvələri PKK-nın Suriya qolu YPG-nin dörd terrorçusunu zərərsizləşdiriblər.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatının keçirilməsi zonasına atəş açıblar. Onlar cavab zərbəsi ilə məhv edilib.

"Türkiyə Silahlı Qüvvələri regionda sülhün və əmin-amanlığın təminatçısıdır. Regionda əməliyyatlar davam etdiriləcək", - müdafiə idarəsinin xəbərində deyilir.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.