Dubay əmirinin arvadı sevgilisinə susması üçün 1,2 milyon sterlinq ödəyibmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun 6-cı arvadı, iki uşaq anası şahzadə Hayanın gizlin eşq yaşaması və Şeyxdən boşanması dünya mediasının gündəmi olmuşdu. Haya ötən il Birləşmiş Ərəb Əmirliyindən İngiltərəyə qaçaraq, Londona yerləşmişdi. Bu olayın yeni təfərrüatları üzə çıxıb.
"Dail Mail"in yazdığına görə, Haya ötən il İngiltərədən sığnacaq istəsə də onun bu istəyi rədd edilmişdi. Vəziyyəti belə görən Hayanın qardaşı, İordaniya kralı Abdullah hərəkətə keçərək 2019-cu ilin 2 sentyabrında bacısının İordaniya Londondakı səfirliyinə diplomat təyin olunması ilə bağlı əmr vermişdi. İngiltərə onu diplomat kimi qəbul etmiş və Haya Londonda yaşamağa başlamışdı. Ardından isə əri Şeyx Məhəmməd ibn Rəşid əl-Maktuma boşanma davası açmışdı.
Bu günlərdə isə şahzadə Hayanın ingilis mühafizəçi Flauverslə iki il Şeyxə xəyanət etdiyi barədə iddialar yayılıb. Məlumata görə, Haya sevgilisi olan mühafizəçi Russel Flauversə yaşadıqları gilzi eşq barəsində susması üçün ona 1,2 milyon funt-sterlinq ödəyib. Bundan başqa, Flauversə 50 min funt-sterlinq dəyərində antikvar tüfəng, bahalı saatlar və üzüklər hədiyyə edib.
Beləliklə, şahzadə Haya Dubay əmiri olan ərinin qəzəbindən yayınmaq üçün ölkədən qaçıb. Bundan əvvəl isə o, bəyan edirdi ki, Londona qaçmağına səbəb əl-Maktumun 11 yaşlı qızları Calilonu ərə vermək istəməsidir.
"Dail Mail"in yazdığına görə, qalmaqallı eşq macərası ucbatından 37 yaşlı Flauversin 4 illik nikahı da bitib.
Qeyd edək ki, Haya ilə Flauversin sevgi macərası 2016-cı ildən başlayıb. Həmin il Flauvers şahzadənin mahfizəçisi kimi işə düzəlmişdi. Onların sevgi macəraları iki il davam edib. Lakin şeyx bu macəradan xəbər tutduqdan sonra Haya iki övladı ilə birlikdə Londona qaçıb. Hazırda o, dəyəri 85 milyon funt-sterlinq olan malikanəsində yaşayır.
O da məlum olub ki, Rəşid əl-Maktumun məhkəmənin ictimaiyyətə açıq olmamasını tələb edib. Lakin məhkəmə onun bu istəyini rədd edib.
Xatırladaq ki, 2018-ci ildə əl-Maktumun qızı Lətifə də Dubaydan sabiq fransız xəfiyyəsi Erve Joberin köməyi ilə qaçmağa çalışsa da, buna nail olmamışdı. O vaxtdan Lətifə əsir kimi saxlanılır. (musavat.com)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər
-
Bakı-Sumqayıt yolunda daha bir dəhşəti qəza: "Chevrolet" "KamAZ"a çırpıldı: Ölü və yaralılar var - (Foto)
-
Namiq Qaraçuxurlu 27 il əvvəl - (Video)





