Dünya

Ermənistan bir neçə vacib nöqtəni itirəndən sonra kapitulyasiya edəcək - Türkiyəli general

6 Noyabr 2020 18:27
Baxış: 2 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan bir neçə vacib nöqtəni itirəndən sonra kapitulyasiya edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin istefada olan briqada generalı Osman Qazi Kandemir deyib.

O bildirib ki, Ermənistan bunu rəsmi formada etməyə də bilər, amma digər yolla təslim olduğunu bildirəcək.

Ekspert vurğulayıb ki, Ermənistanı kənardan silahlandıran olmasaydı, onlar çoxdan öz gücünü itərəcəkdi.

General əlavə edib ki, Dağlıq Qarabağda Azərbaycan tərəfində Suriyadan olan muzdluların döyüşməsi iddiaları əsassızdır: "Azərbaycan ordusu ən son texnika ilə təchiz edilib. Suriyadan döyüşçüləri cəlb etmək onların nəyinə gərəkdir?!".

O qeyd edib ki, indiki döyüş şəraitində muzdluları cəlb etmək məntiqə sığmır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.