Dünya

Rusiyada tibbi maskadan istifadə məcburi oldu

27 Oktyabr 2020 12:02
Baxış: 582

Rusiyada kütləvi yerlərdə - ictimai nəqliyyatda, avtomobil dayanacaqlarında və liftlərdə tibbi maskadan istifadə məcburi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı  "Rospotrebnadzor" tərəfindən müvafiq qərar yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul olunub.

"Rospotrebnadzor" əyləncə tədbirlərinin və ictimai-iaşə müəssisələrinin fəaliyyətinin saat 23:00-dan 06:00-dək dayandırılmasını da tövsiyə edib.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.