BMT-nin Baş katibi: Elm, birlik və həmrəylik COVID-19 üzərində qələbənin açarıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COVID-19 pandemiyası ilə bağlı böhranın aradan qaldırılması üçün fövqəladə hallara daha yaxşı hazırlaşmaq, alimlərin fikrinə qulaq asmaq və həmrəylik ruhunda birgə fəaliyyət göstərmək lazımdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin Baş katibi bu fikirləri səhiyyə üzrə sammitin iştirakçılarına ünvanlanmış videomüraciətdə söyləyib.
Oktyabrın 25-də Berlində başlanmış bu sammit Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilir. Tədbirdə dünya dövlətlərinin, beynəlxalq təşkilatların və elmi ictimaiyyətin 2500 nümayəndəsi iştirak edir. Görüşdə səhiyyənin qlobal problemləri və onların həlli yolları müzakirə ediləcək.
Antonio Quterreş videomüraciətində koronavirus pandemiyasının dağıdıcı nəticələrini xatırladıb: 42,5 milyon nəfər koronavirusa yoluxub, təqribən 1 milyon 147 min nəfər bu xəstəlikdən vəfat edib. Baş katibin fikrincə, bu pandemiya qlobal səhiyyə sistemlərinin səmərəli olmadığını, onların fövqəladə hallara lazımi şəkildə cavab verə bilmədiyini sübut edib.
Bu günə qədər pandemiya səbəbindən 500 milyona yaxın iş yeri ixtisar edilib. Dünya iqtisadiyyatının hər ay üzləşdiyi itkilər 375 milyard dollara yaxındır. Qadınlara qarşı zorakılıq halları kəskin şəkildə artıb, psixi xəstəliklər isə "böhran daxilində böhran"a çevrilib. Təqribən 24 milyon uşaq təhsil almaq imkanından məhrum olub.
"COVID-19 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf gündəliyində nəzərdə tutulanları həyata keçirmək imkanından uzaqlaşdırır", - deyən BMT rəhbəri daha sonra əlavə edib ki, "biz bu çağırışa hazır deyildik".
Quterreş xatırladıb ki, səhiyyənin əlçatanlığı hüququ dünyada milyardlarla insan üçün əslində əlçatmaz olub. Tibbi xidmətlərin yüksək dəyəri səbəbindən insanların çoxu bu xidmətlərdən istifadə edə bilmir. Baş katibin fikrincə ümumi tibbi sığorta tibbi xidmətin hər kəs üçün əlçatan, keyfiyyətli və ədalətli olmasının yeganə yoludur.
BMT-nin Baş katibi əmindir ki, bu gün elmə güvənmək, birlik və həmrəylik ruhunda fəaliyyət göstərmək həmişəkindən daha çox zəruridir. Onun fikrincə, məhz bu vasitələr, bir də virusun qarşısını almaq üçün yoxlanılmış vasitələr - maskalar, fiziki məsafə və əllərin gigiyenası pandemiyaya qalib gəlməyə kömək edə bilər.
Hər bir mərhələdə qlobal həmrəylik lazımdır. İnkişaf etmiş ölkələr resursların çatışmadığı ölkələrdə səhiyyə sistemlərini dəstəkləməlidirlər", - deyən Quterreş vurğulayıb ki, səmərəli vaksin yaradılmasına diqqəti artırmaq və onun hamı üçün əlçatan olmasını təmin etmək lazımdır.
BMT-nin rəhbəri deyib: "Vaksinlər, diaqnostika və səmərəli müalicə üsulları insanları xilas etmək tədbirləri olmaqla bərabər, pula qənaət etməyə və cəmiyyəti xilas etməyə kömək edəcək. Onun fikrincə, təkcə bir istiqamətdə fəaliyyət göstərməklə virusa qalib gəlmək mümkün deyil. Baş katib bu problemi kompleks şəkildə həll etməyə çağırır, müasir tədqiqatları səhiyyə sahəsində baza əhəmiyyətli tədbirlərlə əlaqələndirməyi təklif edir.
Baş katib vurğulayıb ki, yalan məlumatın yayılması öldürücü virusun müttəfiqidir. Onun sözlərinə görə virus, şayiələr və yalan birləşdikdə yoluxma və ölüm halları artır, sosial gərginlik və zorakılıq geniş yayılır. O deyib: "Əgər biz şayiələrin sui-qəsd və yalan nəzəriyyələrinin qarşısını almasaq, bütün səylərimiz puç olacaq". Quterreş BMT-nin COVID-19 pandemiyası ilə bağlı yalan informasiyanın yayılmasına qarşı mübarizəyə yönəlmiş "Yoxlanılmışdır!" kampaniyasını xatırladıb və beynəlxalq birliyi COVID-19-a qarşı vahid cəbhə şəklində çıxış etməyə çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?





