Dünya

İran ABŞ-a nota verib

22 Oktyabr 2020 15:03
Baxış: 2 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İslam Respublikası ABŞ rəsmiləri tərəfindən guya Tehranın ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməsi ilə əlaqədar açıqlamalarını rədd edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, bununla əlaqədar ABŞ-ın İrandakı mənafeyini qoruyan İsveçrənin Tehrandakı səfiri Mark Laytner İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub:

"Tehran üçün ABŞ-da namizədlərdən hansının prezident olmasının heç bir fərqi yoxdur. ABŞ rəsmilərinin İrana qarşı irəli sürülən açıqlamaları reallığı əks etdirmir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.