Dünya

İranda koronavirusa yoluxanların sayı 530 min nəfəri keçib

18 Oktyabr 2020 18:10
Baxış: 336

İranda ötən sutka ərzində 3 890 nəfər koronavirusa (COVID-19) yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 530 380 nəfərə çatıb. Virus daşıyıcılarından 4 744 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 252 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 30 375 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 427 400 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,51 milyondan çox diaqnoz testi həyata keçirilib.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.