ÜST: Pandemiya vərəmlə mübarizəni çətinləşdirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
COVİD-19 pandemiyasına qədər bir çox ölkələr vərəmlə mübarizə sahəsində öz göstəricilərini ardıcıl olaraq yaxşılaşdırmışdı. Son 4 ildə yoluxma sayı 9 faiz, ölüm nəticələrinin sayı isə 14 faiz azalmışdı. Ancaq bu gün ÜST-dən verilən məlumata görə, koronavirusun yayılması bu il qarşıda qoyulan vəzifələrin yerinə yetirilməsinə imkan verməyəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, keçən il 1,4 milyon insan vərəmlə bağlı xəstəliklərdən dünyasını dəyişib. Hesabat dövründə bu infeksiyaya yoluxmuş 10 milyon insanın 3 milyon halında diaqnoz ya qoyulmamış ya da səlahiyyətli orqanlara bu barədə məlumat verilməmişdir.
Daha təhlükəli vəziyyətdə də antibiotiklərə qarşı davamlı vərəm formasına malik xəstələrdir. Onların sayı bir il ərzində 465 min artıb və yeni yoluxmuş şəxslərdən yalnız 40 faizi müalicə alır. Vərəmin profilaktikası sahəsində də göstəricilərin azalması qeyd olunur. "Hələ də hər kəs vaxtında diaqnoz və vərəmin səmərəli müalicəsinə bərabər çıxış əldə edə bilmir, - deyə ÜST rəhbəri doktor Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, 2022-ci ildə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün daha çox səy göstərmək lazımdır: "2018-2019-cu illərdə 14 milyon insan bu xəstəlikdən müalicə alırdı, bu, 2018-ci ildən 2022-ci ilədək əldə edilməsinə qərar verilən göstəricilərin üçdə biridir. Eyni müddət ərzində təqribən 6,3 milyon insan profilaktik proqramlarına çıxış əldə edib - 2022-ci ilə qədər onların sayı 30 milyona çatmalıdır.
Əsas problemlərdən biri maliyyələşdirmə olaraq qalır. Xüsusilə, bu il qlobal miqyasda infeksiyaya qarşı mübarizəyə 6,5 milyard dollar ayrılıb, baxmayaraq ki, dövlət başçıları tərəfindən qəbul edilmiş Vərəm üzrə Siyasi Bəyannaməyə əsasən bu məbləğ 13 milyard dollar təşkil etməli idi. Pandemiya və tibbi xidmətlərin işində onunla əlaqəli fasilələr gecikməni artırdı və xəstələnmə statistikalarını toplamaq və idarə etmək üçün maneə törətdi. Belə ki, cari ilin ilk altı ayı ərzində ən çox vərəm xəstəsi olan üç ölkədə - Hindistan, İndoneziya və Filippində keçən ilin analoji dövrü ilə müqayisədə yeni halların sayı üçdə bir qədər azalıb".
ÜST xəbərdarlıq edir ki, diaqnostikadakı bu cür boşluqlar bu xəstəlikdən ölümün kəskin artmasına səbəb ola bilər. Mütəxəssislər vəziyyəti düzəltməyə yönəlmiş müxtəlif tədbirləri, o cümlədən, rəqəmsal texnologiyaların istifadəsini təklif edirlər.
"Ölkələr, vətəndaş cəmiyyətinin nümayəndələri və digər tərəfdaşlar həm vərəmlə, həm də COVID-19-la mübarizədə ehtiyacı olanları təmin etmək üçün pandemiya qarşısında güclərini birləşdirirlər", - deyə ÜST-ün vərəm üzrə qlobal proqramının direktoru doktor Tereza Kaseva bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
XƏBƏR LENTİ
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi





