“El Espectador” qəzetində Qarabağ savaşından yazdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiyanın ən aparıcı mətbu orqanlarından olan "El Espectador" qəzetində səfir Məmməd Talıbovun Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın son təcavüz aktı və hazırkı hərbi əməliyyatlarla bağlı müsahibəsi dərc olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, müsahibədə münaqişənin tarixi haqda məlumat verən səfir, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını, Dağlıq Qarabağ və 7 ətraf rayon olmaqla Azərbaycanın beynəlxalq qaydada, eləcə də Kolumbiya tərəfindən tanınmış ərazilərinin beşdə birinin Ermənistan tərəfindən işğal edildiyini bildirib.
Səfir münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini, ancaq həmin vaxtdan 27 il keçməsinə rəğmən, Ermənistanın davamlı destruktiv mövqeyi səbəbindən münaqişənin həllində cüzi də olsa irəliləyiş əldə olunmadığını qeyd edib.
27 sentyabr tarixindən etibarən Ermənistanın dinc yaşayış məntəqələrini artilleriya atəşinə tutmağa başladığını, hazırkı anadək bu hücumlar nəticəsində arasında azyaşlı uşaqlar da olmaqla çoxsaylı azərbaycanlı mülkü vətəndaşın həlak olduğu və yaralandığını, habelə son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı terror əməli törədərək hərbi əməliyyatlar aparılan ərazidən uzaqda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə ballistik raket zərbələri endirdiyini məlumat verən diplomat, Azərbaycan ordusunun mülkü əhalinin təhlükəsizliyini təmin etmək və işğal olunmuş əraziləri azad etmək məqsədilə əks-hücum tədbirləri apardığını bildirib.
Münaqişənin masa ətrafında həllinin mümkünlüyünə dair müxbirin sualına cavab olaraq təmsilçimiz münaqişənin başlıca səbəbinin Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu olduğunu, hazırda beynəlxalq ictimaiyyətin tərəfləri dialoqa çağırdığını, lakin bu addımın birtərəfli qaydada atıla bilməyəciyini, münaqişədə təcavüzkar tərəfin Ermənistan olduğunu, hər kəsin təcavüzkarla zərərçəkəni ayırd etməsi gərəkdiyini və beynəlxalq ictimaiyyətin BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsi və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini tələb etməli olduğunu vurğulayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





