Günəş enerjisi qlobal elektrik enerjisi bazarının yeni lideri olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qlobal günəş enerjisi tutumu 2030-cu ilədək illik orta hesabla 12 faiz artımla ən çox inkişaf göstərən enerji mənbəyi olacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, bu il yeni növ koronavirus epidemiyası səbəbindən qlobal enerji tələbatı 5 faiz azalacaq. Bu çərçivədə neftə olan tələbat 8 faiz azalaraq gündəlik 100 milyon barreldən az olacaq. Cari ildə kömür tələbatı 7 faiz, təbii qaz tələbatı 3 faiz və qlobal elektrik enerjisinə olan tələbat isə 2 faiz azalacaq. Dünyada enerji investisiyaları 18 faiz azalacaq, iqtisadi aktivliyin yavaşlaması ilə qlobal karbon emissiyaları 7 faiz düşəcək.
Gələn il COVID-19 nəzarət altına alınarsa, qlobal enerji tələbatının 2023-cü ilin əvvəlində virusdan əvvəlki səviyyəyə qayıtması, pandemiya davam edərsə isə enerji tələbatının bərpasının 2025-ci ildə mümkün olacağı gözlənilir. Epidemiyadan əvvəl 2019-2030-cu illəri əhatə edən dövr üçün 12 faiz artacağı proqnozlaşdırılan enerji tələbatında 9 faiz artım olacaq. Tələbat artımının ləngiməsi neft və təbii qaz qiymətlərinin epidemiyadan əvvəlki səviyyəyə qayıtmasına səbəb olacaq, investisiyaların azalması enerji bazarındakı volatillik riskini artıracaq.
Günəş enerjisi artımın əsas mənbəyi olacaq
Digər enerji mənbələrində istehsalın azalmasına baxmayaraq, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı cari ildə artan yeganə sektor olacaq. Dəstəkləyici siyasətlər və texnologiyadakı irəliləyişlərlə getdikcə daha ucuzlaşan bərpaolunan enerji mənbələri enerji bazarında daha böyük rol oynayacaq. 2030-cu ilədək qlobal elektrik enerjisinə olan tələbat 20 faiz artacaq, təkcə bərpaolunan enerji mənbələri bu tələbatın 80 faizini təmin edəcək.
Bir çox ölkədə yeni kömür və təbii qaz stansiyası investisiyalarından daha aşağı olan və indiyə qədər ən ucuz elektrik enerjisi mənbəyinə çevrilən günəş enerjisi bu sahədəki artımın mərkəzində olacaq. Günəş enerjisi tutumu 2030-cu ilə qədər ildə təxminən 280 giqavat artacaq və orta hesabla 12 faiz böyüyəcək.
Elektrik enerjisinin yarısı bərpaolunan mənbələrdən alınacaq
Bu çərçivədə bərpaolunan enerji mənbələri qarşıdakı 10 ildə elektrik enerjisinə olan qlobal tələbatın 50 faizini qarşılayacaq. Enerji tələbatının ödənilməsində hidroelektrik enerjisi ən böyük paya sahib olacaq, günəş isə ən çox artım göstərən enerji mənbəyi olacaq. Külək və ofşor külək stansiyaları növbəti yerdə qərarlaşacaq.
Digər tərəfdən bərpaolunan mənbələrdə istehsal olunan elektrik enerjisinin sağlam şəkildə şəbəkəyə qoşulması üçün elektrik şəbəkələrinə əhəmiyyətli investisiyalar tələb olunacaq. Qlobal emissiyalar 2008-2009-cu illərdəki iqtisadi böhrandan sonra olduğundan daha yavaş artacaq. Lakin ölkələrin epidemiyadan sonrakı iqtisadi artım planları emissiyaların gələcəyində mühüm rol oynayacaq.
Kömürün qlobal enerji portfelindəki payı Sənaye İnqilabından sonra 2040-cı ildə ilk dəfə 20 faizdən aşağı düşəcək. Təbii qaza tələbatı isə əsasən Asiya bölgəsində olmaqla qlobal miqyasda da artacaq.
Neft epidemiyanın səbəb olduğu iqtisadi qeyri-müəyyənliklərə qarşı həssas olaraq qalacaq və 2019-cu ildə ən yüksək səviyyəsinə qayıda bilməyəcək. Qlobal neft tələbatı 2019-cu ilə nisbətən 2030-cu ildə 12 faiz azalacaq.
Fatih Birol: Günəş enerjisi qlobal elektrik enerjisi bazarının yeni lideri olacaq
Hazırkı siyasət nəzərə alındıqda günəş enerjisi qurğularında 2022-ci ildən sonra hər il yeni rekordların qeydə alınacağını deyən F.Birol bildirib: "Ölkələr təmiz enerji sərmayələrini bir az daha sürətləndirərsə, günəş və külək enerjisində daha çox artımın şahidi ola bilərik. Bu da iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Bu il epidemiya çərçivəsində həyata keçirilən tədbirlərdən sonra qlobal emissiyalar azalıb. Buna baxmayaraq, dünya hələ də tullantıları daimi olaraq azaltmaqdan uzaqdır. İqtisadiyyatdakı yavaşlama tullantıları müvəqqəti olaraq azaltdı, lakin aşağı iqtisadi artım aşağı emissiya strategiyası deyil. Aşağı iqtisadi artım yalnız dünyanın ən həssas əhalisini daha da yoxsullaşdıracaq bir strategiyadır. Yalnız enerjinin istehsalı və istehlakındakı struktur dəyişiklikliyi tullantıları azalma tendensiyasına çevirə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
Peskovdan Qara dənizlə bağlı sərt açıqlama: “Gəmilər məhv ediləcək”
XƏBƏR LENTİ
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Sirkəyə bir az əlavə edin: Saralan stəkanları yeni kimi edir
-
İş yerinizin toksik olduğunu anlamağın 4 yolu: Cavab tualətdə gizliymiş
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - (Video)
-
Ayda dəfn edilən yeganə insan - (Foto)
-
Kabakların qabığını soymaq lazımdır?
-
Azərbaycana gətirilən minik maşınlarının sayı kəskin azaldı - (Video)
-
"Sabah" 4:0 uduzdu - Yenilənib - (Video)
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi





