"Tbilisi Bakını dəstəkləyir, bizdən inciməsin" - Ermənilər Gürcüstanı hədələdilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində kompakt yaşayan ermənilərdən ibarət 210 nəfərlik dəstə Gürcüstan-Türkiyə sərhəddindəki nəzarət-buraxılış məntəqəsinə toplaşıblar. Onlar bildirirlər ki, Cavaxetiya ermənilərindən ibarət 210 nəfərlik qrupun Qarabağda vuruşmaq üçün Ermənistana keçməsinə icazə verilməzsə, Türkiyədən Gürcüstana gələn yük maşınlarından heç biri Gürcüstana buraxılmayacaq.
Ermənistan KİV-ləri Gürcüstanı münaqişəyə cəlb etmək istəyir. Artıq Ermənistan KİV-ləri Gürcüstanı Azərbaycanın mövqeyini dəstəkləməkdə ittiham edir və gürcülərə öz gələcəklərini düşünməyi "məsləhət görürlər".
Ermənistana getmək istəyən erməni "könüllülər" özləri ilə 15 yük maşını avtomobil şinləri və ərzaq da aparmaq istəyirlər.
Gürcüstan hökuməti öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasını qadağan etdiyi üçün gürcü sərhədçilər onları buraxmayıblar. Ermənilərlə gürcü sərhədçiləri və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb.
20 dəqiqəlik qarşıdurmadan sonra gürcü polisi erməni "könüllülər"dən 102 nəfəri Ermənistana buraxıb.

Rəsmi İrəvan isə Gürcüstan rəhbərliyini və gürcüləri Azərbaycanpərəst mövqedə günahlandırıb.
Ermənistan mediası yazır: "Gürcülər birdəfəlik anlamalıdır ki, azərbaycanlılar və türklərlə oyun yaxşı nəticə verməyəcək. Ermənilər 2021-ci ildə gözlənilmədən Cavaxetiyaya yerli sakinləri qorumaq üçün ordu göndərəndə qoy gürcülər bizdən inciməsinlər".
Xatırladaq ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsində kompakt yaşayan ermənilər bu bölgəni ilk əvvəl "muxtariyyət" kimi görmək istəyirlər. Daha sonra isə Cavaxetiyanın Ermənistana birləşdirilməsi planları var.
Erməni separatizmi Gürcüstan üçün ən ciddi təhlükələrdən biridir.
Elçin Alıoğlu
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu
-
Doğma Kəlbəcərdə olmaq hər birimiz üçün böyük qürur hissidir - Hikmət Hacıyev
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Fransada qatar relsdən çıxdı - Çoxlu sayda yaralılar var





