Dünya

Koronavirus yox olmayacaq - PROQNOZ

28 Sentyabr 2020 23:10
Baxış: 1 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq mütəxəssislər vətəndaşların kütləvi peyvənlənməsindən sonra da koronavirus infeksiyasının bəşəriyyətdə qalacağını söyləyirlər.

Milli.Az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bununla birlikdə, həkimlər qeyd edib ki, COVID-19 "nəzarət olunan virus" olacaq və dünya əhalisi üçün adiləşəcək.

"Bir çox insan peyvəndlərin virusları avtomatik olaraq məhv etdiyini düşünür. Ancaq bu, belə deyil", - virusoloq Ancela Rasmussen açıqlamasında deyib.

Mütəxəssislərin fikrincə, gələcəkdə koronavirusun fəsadları azalacaq, çünki dərmanlar sayəsində insanlarda immunitet yaranacaq. Həkimlər bildirib ki, gələcəkdə immunitet yaddaşı əhəmiyyətli rol oynayacaq. İkan Tibb Fakültəsinin peyvəndşünaslıq professoru Florian Krammer hesab edir ki, insanların uşaqlıq dövründə peyvəndlənməsi də immuniteti gücləndirəcək.

"Virus gələcəkdə 50 yaşdan yuxarı yüksək risk qrupuna daxil olduqda, yəqin ki, ciddi xəstəlikləri olmayacaq", - mütəxəssis əlavə edib.

Ekspertlər koronavirusla effektiv mübarizə aparmaq üçün müalicə metodlarının təkmilləşdirilməsinin və yeni dərmanların əldə edilməsinin vacib olduğunu bildiriblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.