Dünya

Fransada bıçaqlı hücum - Yaralılar var

25 Sentyabr 2020 15:55
Baxış: 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın paytaxtı Parisdə silahlı hücum baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hücum nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd olunur ki, hadisə yerindən iki nəfər uzaqlaşıb. Onların bıçaqla silahlandığı deyilir. Hazırda polis hücum edən şəxsləri axtarır.

Hücum "Charlie Hebdo" satirik jurnalının keçmiş redaksiyası yaxınlığında baş verib.

Xatırladaq ki, 2015-ci ilin yanvarında jurnalın redaksiyasına hücum nəticəsində 12 nəfər həlak olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.