Dünya

Daha bir ölkədə ikinci dalğa başladı

25 Sentyabr 2020 18:19
Baxış: 903
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynada koronavirus pandemiyasının ikinci dalğası başlayıb.

Milli.Az xəbər verir ki, bunu ölkənin Prezidenti Vladimir Zelenski açıqlayıb.

Slovakiyalı həmkarı Suzana Kaputova ilə mətbuat konfransında çıxış edən Zelenski bildirib ki, hazırda ölkədə gündəlik 3 minə yaxın yoluxma faktı qeydə alınır. Bu da ikinci dalğanın göstəricisidir.

O, ilk dalğa zamanı hər gün 100-300 arası yoluxmanın qeydə alındığını xatırladıb.

Son rəqəmlərə görə, Ukraynda 191 min 671 nəfər virusa yoluxub, 3 min 827 nəfər ölüb, 85 min 133 nəfər sağalıb.

Qeyd edək ki, daha əvvəl Kanadanın Baş naziri Castin Trüdo ölkəsində ikinci dalğanın başladığını açıqlamışdı. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.