Dünya

Sürücü 9 piyadanı vurub xəstəxanalıq etdi, 2-si uşaqdır

17 Sentyabr 2020 10:40
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada kişi avtomobillə 9 nəfəri vurub.

Milli.Az avtosfer.az-a istinadən bildirir ki, hadisə sentyabrın 16-da Monreal şəhərində baş verib. Bu barədə CTV telekanalı məlumat yayıb.

Polis nümayəndəsi Manuel Kutyurun verdiyi məlumata görə, 38 yaşlı sürücü idarə etdiyi avtomobillə əvvəlcə 3 nəfəri, daha sonra isə əvvəlki törətdiyi qəzanın yaxınlığında daha 6 nəfəri vurub, onlardan 2-si uşaq olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb, yaralıların həyatı təhlükəsi yoxdur.

Kutyurun sözlərinə görə, sürücü asayiş keşikçiləri tərəfindən saxlanılıb, o, saxlanılan zaman özünü narkotik maddənin təsiri altında və yaxud da sərxoş kimi aparıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.