Dünya

Misir COVID-19-a yoluxanların və ölənlərin sayına görə Afrikada ikinci yerdədir

16 Sentyabr 2020 04:01
Baxış: 920
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Səhiyyə Nazirliyi COVID-19 pandemiyası ilə bağlı rəqəmləri açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son statistik məlumatda indiyədək bu ölkədə yeni növ koronavirusa 101 mindən çox insanın yoluxduğu, 5661 pasiyentin isə həyatını itirdiyi bildirilir. Bu, dünyada 26-cı, Afrika qitəsində isə Cənubi Afrika Respublikasından sonra ikinci göstəricidir.

Məlumatda qeyd olunub ki, COVID-19-dan vəfat edənlərin əksəriyyəti (2991 nəfər) kişilərdir. Bundan başqa, ölüm halları 15-45 yaş arasında olanlar cəmi 10,2 faiz təşkil edir, 66 yaşdan yuxarı pasiyentlər isə həyatını itirənlərin 49,3 faizi qədərdir. Yeni növ koronavirusdan ölənlərin cəmi 19 nəfəri əcnəbilərdir. Ümumilikdə, bu ölkədə 192 xarici vətəndaş COVID-19-a yoluxub.

Afrika qitəsində ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (521 min nəfər) qeydə alınıb. Bu ölkədə vəfat edən pasiyentlərin sayı isə 14 mini ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.