"Netflix" pedofilliyi təbliğ etməkdə ittiham edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kinoteatrların bağlandığı bir dövrdə "Netflix" şirkəti xeyli izləyici kütləsi toplayıb. Eyni zamanda, mövcud durum şirkətin qazancının da kifayət qədər artmasına səbəb olub.
Hər zaman səs-küylü, maraqlı layihələr təqdim etməyə çalışan şirkət bu dəfə 11 yaşlı müsəlman qız haqqında çəkdiyi "Mignonnes" ("Sevimli") adlı fransız filmi ilə qalmaqalın cənginə düşüb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, filmin anons və afişası yayılar-yayılmaz sosial mediada müzakirələrə səbəb olub. Film pedofilliyi təbliğ etməkdə ittiham olunub.
Filmin hekayəsi qısa formada belədir -11 yaşlı müsəlman qız ailəsinin məhdudiyyətlərinə baxmayaraq, rəqs yarışmasında iştirak edir. Filmin yayılan anonsunda qızın heç də adi deyil, seksual rəqslər etməsi aydın görünür. Üstəlik filmin afişasında yetkinlik yaşına çatmayan qızların seksual pozalarda dayanması qəzəbləri daha da alovlandırıb.
Bəziləri "Netflix"i təkcə pedofilliyi deyil, islamofobiyanı da təbliğ etməkdə günahlandırıb.
Şirkət bütün bu ittihamlardan sonra 9 sentyabrda təqdimatı nəzərdə tutulan "Mignonnes" filminə görə üzr istəyib və qalmaqallı afişanı çıxardıb.
"Yersiz görüntülərə görə çox təəssüf edirik. Bu, bir səhv idi. Afişanın şəkil və təsvirini artıq dəyişdirmişik", - şirkətdən bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif





