Dünya

Vaksinin yaradılması koronavirus pandemiyasını tezliklə aradan qaldırmayacaq

22 Avqust 2020 08:23
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni növ koronavirusa qarşı vaksinin yaradılması pandemiyanı tezliklə aradan qaldırmayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə brifinqdə söyləyib. O deyib: "Vaksin həyati vacib alət olacaq. Ümidvarıq ki, vaksin bizdə mümkün qədər tez olacaq". Bununla yanaşı, ÜST-nin rəhbəri bildirib ki, vaksinin meydana gəlməsinə "təminat yoxdur".

"Hətta vaksini əldə etsək belə bu, pandemiyanın başa çatmasına gətirib çıxarmayacaq", - deyə Baş direktor vurğulayıb. Onun sözlərinə görə, COVID-19-ın fəsadları haqqında heç də hər şey tibbə məlum deyil: "Hərçənd biz bu xəstəlik haqqında çox şey öyrəndik. Bizim 8 aylıq təcrübəmiz var. Lakin biz uzunmüddətli fəsadlar barədə hələ də az məlumatlıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.