Dünya

Türkiyədə koronavirusdan sağalanların sayı 223 min nəfəri ötüb

9 Avqust 2020 22:26
Baxış: 512

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 844 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 182 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 240 804 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 223 759 nəfər təşkil edir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.