Dünya

Beyrutda partlayışda ölən ermənilərin sayı 11-ə çatıb, 250-si yaralanıb

6 Avqust 2020 15:43
Baxış: 1 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, erməni icmasından bildirilib ki, ölən ermənilərin sayı 11 nəfərə çatıb.

Ölən ermənilərin adı da açıqlanıb.

Bununla yanaşı, partlayışda 250 erməninin yaralandığı da bildirilir.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib. Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 137 nəfər ölüb, 4 mindən çox insan yaralanıb. Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.