Dünya

Almaniyada koronavirus pandemiyasının ikinci dalğası başlayıb

4 Avqust 2020 15:37
Baxış: 922

Almaniyada koronavirus pandemiyasının ikinci dalğası artıq başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniya Həkimlər İttifaqının rəhbəri Zuzanne Yona deyib.

O bildirib ki, ikinci dalğa öz miqyasına görə birinci epidemiyadan kifayət qədər zəifdir və ölkənin xəstəxanaları yeni xəstələrin qəbuluna hazırdır.

Almaniyada koronavirusun birinci dalğasında pik nöqtə mart-aprel aylarına təsadüf edib.

Qeyd edək ki, bu günədək ölkədə 212 mindən çox şəxs koronavirusa yoluxub, 9 232 nəfər həyatını itirib.

Son iki həftə ərzində gündəlik yoluxma min nəfərə yaxın olub. İyulun əvvəlində isə bu göstərici 500-ü keçmirdi.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.