Dünya

"Google" Hindistana 10 milyard dollar sərmayə yatırmağı planlaşdırır

13 İyul 2020 23:10
Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Alphabet Inc"ə məxsus "Google" şirkəti qarşıdakı 5-7 il ərzində Hindistana mərhələlərlə 10 milyard dollar investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, planlaşdırılan sərmayə "Google"ın proqram təminatı və tətbiq artımına yönəlmiş "rəqəmsallaşdırma fondu" vasitəsilə ediləcək.

"Alphabet Inc"in baş direktoru Sundar Piçai investisiyaları fərqli yollarla kapital qoyuluşları, əməkdaşlıq, əməliyyatlar, infrastruktur və ekoloji investisiyalar, eləcə də digər formalarda edəcəklərini bildirib.

Xatırladaq ki, Hindistan əsilli S.Piçai 2004-cü ildə "Google"a qoşulub və "Chrome" brauzerlərinin qurulması prosesində iştirak edib. Ötən il "Alphabet"in keçmiş baş direktoru və həmtəsisçisi Lari Peydən baş direktor vəzifəsini təhvil alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.