Kriminal

Küçənin ortasında DƏHŞƏT: ölən var

12 İyul 2025 10:03
Baxış: 1 252
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıtda ailə münaqişəsi zəminində kürəkən öz qayınatasını öldürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb.

1970-ci il təvəllüdlü Bağıyev Arif Bağı oğlunun qızının əri Nurulla Tofiqoğlu tərəfindən küçədə qətlə yetirildiyi bildirilir.

Məlumata görə qayınata qızı ilə kürəkəni arasındakı narazılığa aydınlıq gətirmək üçün Siyəzəndən qonaq gəlibmiş. Daha sonra onların arasında mübahisə yaranıb və hadisə qayınatanın qətlə yetirilməsi ilə nəticələnib.

Nurulla Tofiqoğlu saxlanılıb. Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.