Rusiya

Rusiya Çernovtsı vurdu - Ölənlər və yaralananlar var

12 İyul 2025 12:10
Baxış: 528
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya gecə saatlarında Ukraynanın Çernovtsı şəhərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücum edib.

Milli.Az rusiya mətbuatına istinadla xəbər verir ki, hücum etməsi nəticəsində 2 nəfər həlak olub, 4 nəfər ağır, 10 nəfər isə yüngül xəsarət alıb.

Hücum zamanı dörd ədəd "Şahed" tipli PUA və bir raketdən istifadə edilib.

Zərbə nəticəsində bir neçə yaşayış binası, mağaza, inzibati bina və avtomobilə ciddi ziyan dəyib. Storojinets icmasında da bir PUA-nın hücumu nəticəsində yaşayış binası və avtomobil zərər görüb, lakin orada tələfat qeydə alınmayıb.

Hazırda bütün müvafiq xidmətlər hadisə yerində fəaliyyət göstərir.

Fidan
Mlli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.