İdman

"Bunu futbolçulardan tələb etməyimiz doğru çıxmaz"

12 İyul 2025 10:24
Baxış: 477
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İki yaxşı oyun alındı. Bütün futbolçularımıza 90 dəqiqə oynamaq üçün şərait yaratdıq.

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında Niderlandın "Tvente" komandasına qarşı keçirdikləri yoxlama oyunlarından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis yaxşı oyun fəlsəfəsi olan, güclü və intizamlı rəqiblə qarşılaşdıqlarını bildirib. Onun sözlərinə görə, nəticədən çox meydanda etdikləri vacib idi:

"Bütün istəklərimizin düzgün icra edilməsini futbolçulardan hələ tələb etməyimiz doğru çıxmaz. Səhvlər qaçılmazdır. Lakin hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi. Hazırlıq dönəminin ən vacib günü idi. Oyunları zədəsiz tamamlamağımız da sevindirici məqamdır".

Baş məşqçi yeni transferlər Dani Bolt və Pedro Bikalyonun çıxışına da münasibət bildirib:

"Həm məşqdən-məşqə, həm də oyundan-oyuna hər şey yaxşılığa doğru gedir. Hər ikisi məsuliyyətli futbolçudur. Əlbəttə, hələ potensiallarını tam açmayıblar. İnanıram ki, zamanla daha yaxşı forma yığacaqlar".

Qeyd edək ki, "Qarabağ" "Tvente"yə qarşı eyni gündə iki yoxlama oyunu keçirib. Bunların birincisində 3:2 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi ikincisində uduzub - 1:2.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.