Seriallar

Bu serialın adı başlamadan dəyişdirildi

11 İyul 2025 22:30
Baxış: 742
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Baş rollarında Dilan Çiçək Deniz və Ertan Sabanın yer alacağı yeni serialın adı dəyişdirilib.

Milli.Az xəbər verir ki, əvvəlcə "İtiraf" adı ilə təqdim olunan layihə artıq "Yalan" adı ilə yayımlanacaq. Serialın yayım tarixi və platforması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Məlumata görə psixoloji dram janrında olacaq layihədə sosial münasibətlər və fərdi dilemmlər ön planda olacaq. Dilan Çiçək Deniz və Ertan Sabanın canlandıracağı obrazların qarşıdurması serialın əsas xəttini təşkil edəcək.

Qeyd edək ki, hər iki aktyor daha əvvəl uğurlu layihələrlə tamaşaçı rəğbəti qazanıb. Serialın çəkilişləri yaxın günlərdə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.