Dünya

Ərdoğan: “Digər ölkələr Aya Sofya haqqında qərara hörmətlə yanaşmalıdır”

12 İyul 2020 18:05
Baxış: 2 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aya Sofyanın statusu ilə bağlı son qərarı başqaları deyil, Türk milləti verib və digər ölkələr bu qərara hörmətlə yanaşmalıdırlar.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzey statusundan çıxarılaraq məscid olaraq istifadəyə verilməsi barədə qərara Qərb ölkələrinin etirazlarına münasibət bildirərkən söyləyib. 

Türkiyə Prezidenti bildirib ki, Türkiyənin Dövlət İşləri üzrə Məhkəməsinin (Danıştay) Aya Sofya ilə bağlı qərarını hüquq dövləti adına müsbət addım olaraq qiymətləndirir: "Aya Sofya Fatih Sultan Mehmet Xanın İstanbulu fəth edərkən ilk cümə namazını qıldığı və fəth rəmzi olaraq məscidə çevirdiyi bir yerdir. Buna görə onun yaddaşımızda yeri əvəzedilməzdir. Aya Sofyanın 1934-cü ildə məsciddən muzeyə çevrilməsi millətimiz üçün ağrılı bir qərar idi və ona görə Aya Sofya orijinal məscid halına qayıtmalı idi. Danıştay qərar verənə qədər ölkə daxilindən və xaricdən edilən narazılıqların da bizim üçün heç bir dəyəri olmadı. Bu ölkəmizin daxili işidir".

Qeyd edək ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Türkiyə Prezidenti avqustun 24-də Aya Sofyada ilk namazın qılınacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.