Dünya

Koronavirusu səsə əsasən müəyyənləşdirəcəklər

4 İyul 2020 15:00
Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada San Paulu Dövlət Universitetinin tədqiqatçıları koronavirusun yeni aşkarlanma üsulu üzərində işləyirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, koronavirusun əlamətlərindən biri olan tənəffüs problemini nitq analizi ilə tanıma sistemi yaradılır.

Layihə latın dilində "nəfəs al" və ya "yaşa" mənasını verən "Spira" adlanır.

Tənəffüs çatışmazlığı simptomu olan xəstəlik zamanı danışma tərzində xarakterik dəyişiklik yarana bilir. Məhz bu, alimlərə yeni ideyanı həyata keçirməyə əsas verib.

"İdeya telefonda və ya kompüter monitoru qarşısında danışan insanın nəfəs problemi olduğunu tanımaqdan və təcili olaraq həkimə müraciət edib müayinədən keçməyin zəruriliyini göstərməkdən ibarətdir", - deyə, professor Marselo Barmaq bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.