Türkiyədə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bütün dünyanın yeni növ koronavirusla (COVID-19) mübarizə apardığı bir vaxtda Türkiyə ərazisində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gənələr vasitəsilə insanların yoluxduğu xəstəlik artıq ölkənin Tunceli, Gümüşhane, Bayburt, Giresun, Bingöl, Sivas, Ərzincan və Tokat şəhərində görülüb.
Son yoluxma hallarının qeydə alındığı Ərzincanda son bir ay ərzində 17 xəstə aşkar edilib. Ən çox yoluxanlar isə 40 nəfərlə Sivasda qeydə alınıb.
Bəzi hallarda ölümlə nəticələnən bu xəstəlik ilk dəfə 1944-1945-ci illərin yaz aylarında Qərbi Krımda sovet əsgərləri arasında qanamalı qızdırma ilə ortaya çıxıb. Türkiyə ərazisində isə ilk dəfə 2002-ci ildə müşahidə edilib.
Mütəxəssislər xəstəliyin baş qaldırmasını COVID-19-la əlaqədar olaraq kənd təsərrüfatı və heyvandarlıqda dərmanlama işlərinin daha az aparılması və bunun nəticəsi olaraq həşəratların xəstəliyi yayması ilə izah edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu





