Dünya

Koronavirusa yoluxduqdan sonra rəngi dəyişən həkim öldü - FOTO

2 İyun 2020 16:44
Baxış: 3 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxduqdan sonra dərisinin rəngi dəyişən həkim vəfat edib.

Milli.Az Globaltimes-a istinadla xəbər verir ki, Covid 19-a yoluxduqdan sonra dəri rənginin tündləşməsi ilə dünya mətbuatının diqqət mərkəzində olan Vuhanlı uroloq Hu Weifeng dünyasını dəyişib.

Ağciyərinin zədələnməsi ilə əlaqədar olaraq dərisi qaralan çinli həkim uzun müddətlik müalicədən sonra vəfat edib.

O, Vuhan mərkəzi xəstəxanasında koronavirus səbəbindən dünyasını dəyişən 6-cı işçi kimi qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ilk dəfə noyabr ayında Çində aşkarlanan Covid 19 virusu səbəbi ilə 378 min insan vəfat edib.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.