Dünya

Müəlliminin internet şifrəsini öyrəndi, qiymətlərini dəyişdirib, məzun oldu

23 May 2020 13:04
0 Şərh     Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə qəribə olay yaşanıb.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, İstanbulda yaşayan Buse G. koronavirus səbəbindən dəyişən tədris sistemindən yararlanaraq məzun olub.

İstanbulun Fatih səmtində yaşayan, 12g sinifdə oxuyan Buse G. müəllimi Məhərrəm V.nin e-okul saytındakı şifrəsini əldə edərək qiymətlərini yüksək təqdim edib.

Müəllim ifadəsində bildirib ki, onlayn təhsilə keçid dövründə internetə çıxışı olmadığı üçün şagirdinin internetindən istifadə edib.

Məsələ ilə bağlı araşdırmalar aparılır, şagirdi və müəllimi cəza gözləyir.

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.