Dünya

Proqnoz: Koronavirus dünya iqtisadiyyatına 8,8 trilyon dollara başa gələ bilər

15 May 2020 10:59
0 Şərh     Baxış: 1 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Asiya İnkişaf Bankı bu il koronavirus pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatının itkilərinən 8,8 trilyon dollaradək çatacağını proqnozlaşdırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu göstərici bankın əvvəlki proqnozundan iki dəfə çoxdur.

Qeyd olunur ki, bu itkilərə səbəb bir çox ölkələrdə davam edən və iqtisadi inkişafı iflic vəziyyətinə salan məhdudiyyət rejimləridir.

Yeni proqnozlara əsasən, dünya iqtisadiyyatının itkiləri ən yaxşı halda 5,8 trilyion dollara təşkil edə bilər.

Karantin rejimi və məhdudiyyətlərin növbəti altı ay ərzində də qüvvədə qalacağı təqdirdə itkilər 8,8 trilyona çatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.