Dünya

İran ordusu: “Hərbi gəmimizi biz vurmamışıq...”

13 May 2020 13:59
5 Şərh     Baxış: 1 871
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəsrə körfəzi yaxınlığında dəniz təlimləri zamanı İrana aid hərbi gəminin ölkə donanması tərəfindən vurulması həqiqəti əks etdirmir.

Milli.Az teleqraf.com-a stinadən xəbər verir ki, bu fikirləri İran ordusunun sözçüsü Şahin Takihani bildirib.

İran ordusuna aid aja.ir saytına danışan Şahin Takihani İran hərbi gəmisinin bu ölkənin raketi tərəfindən vurulması iddialarını yalanlayıb: "Bu və buna bənzər sözlərin hadisə ilə əlaqəsi yoxdur. Ölkədəki yerli media bu cür şayiələri əsas götürməməlidir".

Hadisənin qəza olduğuna işarə vuran sözçü əlavə edib ki, qəzanın bütün tərəfləri araşdırılır.

Xatırladaq ki, İran mediası mayın 10-da Bəsrə körfəzi yaxınlığında hərbi təlimlər keçirən İran donanmasına aid hərbi gəminin səhvən vurulduğunu elan etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.