Dünya

İranda daha 48 nəfər koronavirusdan ölüb

12 May 2020 16:40
0 Şərh     Baxış: 441

İranda ötən sutka ərzində daha 48 nəfər koronavirusdan (COVID-19) ölüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. 

K.Cahanpurun sözlərinə görə, beləliklə İranda bu virusdan ölənlərin sayı 6 733 nəfərə yüksəlib.

Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 1 481 nəfərin koronavirusa yoluxması ilə İranda bu virusa 110 767 nəfərin yoluxması öz təsdiqini tapıb. Virus daşıyıcılarından 2 713 nəfərin vəziyyəti ağırdır.

Cahanpur İranda indiyədək 88 357 nəfərin koronavirusdan sağaldığını deyib. Ötən 24 saat ərzində ölkədə 31 vilayətindən 14 vilayətində ölüm halı qeydə alınmayıb. 5 vilayətdə isə bir ölüm halı qeydə alınıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 615 mindən çox test həyata keçirilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.