Dünya

Ürəyi qorumaq üçün saqqız çeynəyin - Londonlu kardioloqdan məsləhət

24 Aprel 2020 16:02
0 Şərh     Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ürəyinizi qorumaq üçün elə də ciddi tədbirlərə gərək yoxdur, it saxlayın, bağda işləyin və saqqız çeynəyin.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu "Daily mail"ə ingilis kardioloqu məsləhətlərində bildirib.

Ürəyin birinci dərmanı hərəkətdir, gəzməkdir. Amma bunu edə bilmirsizsə, heç olmasa saqqız çeynəyin. Çünki saqqız çeynəmək də hərəkət siqnalı ötürür.
Saqqız çeynəmək kalorini yandırır, ürəyi işlədir və bir çox ürək problemlərinin qarşısını alır.

Doktor İqbal Malik bildirib ki, saqqız bir saatda 10-12 kalori yandırır. Şirniyyat istəyəndə də saqqız çeynəmək bu istəyi azaldır.

Ev heyvanı saxlamaq, itləri gəzintiyə çıxarmaq, bağda işləmək də stressi azaldır, ürəyi aktivləşdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.